Tramp yeni açıqlamaları ilə dünya mətbuatının marağını çəkib
ABŞ Prezidenti Donald Tramp İran, Böyük Britaniya və Kuba ilə bağlı yeni açıqlamalarla çıxış edib. O, bu fikirləri həyat yoldaşı Melaniya Trampın adını daşıyan "Melania" filminin Kennedi Mərkəzində keçirilən qala nümayişi zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
BAKU.WS xəbər verir ki, Tramp İranla bağlı son günlərdə danışıqlar apardığını və bunu davam etdirməyi planlaşdırdığını bildirib. ABŞ-nin bölgədə güclü hərbi gəmilərinin olduğunu xatırladan Tramp, "Ümid edirəm ki, bu gəmilərdən istifadə etmək məcburiyyətində qalmarıq", – deyə Tehrana xəbərdarlıq edib.
O, İranın nüvə silahı proqramından və etirazçıların öldürülməsindən imtina etməli olduğunu vurğulayıb.
ABŞ prezidenti Böyük Britaniyanın Çinlə yeni əməkdaşlıq planlarını da tənqid edərək bunun "çox təhlükəli" olduğunu bildirib. Tramp həmçinin Kanadanın Çinlə iş görməsini daha riskli adlandırıb.
Kuba ilə bağlı isə Tramp daha sərt ifadələr işlədib. O, Kubanı "uğursuz dövlət" adlandıraraq, "Kuba öz xalqına çox pis davranır", – deyə bildirib.
Bununla yanaşı, Tramp Kubaya neft satan ölkələrdən ABŞ-a idxal olunan mallara gömrük rüsumu tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.
Oxşar xəbərlər
Tim Kuk: iPhone 17-yə tələbat rekord həddə çatıb
Apple şirkətinin baş direktoru Tim Kuk yeni iPhone 17 modelinə tələbatın rekord səviyyəyə çatdığını açıqlayıb. BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, yeni...