Tramp: "Venesueladakı əməliyyatdan sonra Kubanın başına nə gələcəyini heç kim bilmir"
Yeniliklərdən dərhal xəbərdar olun
"ABŞ-nin Venesueladakı xüsusi əməliyyatından sonra Kubanın başına məhz nəyin gələcəyini heç kim bilə bilməz".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə neft hasil edən nəhəng şirkətlərin top menecerləri ilə görüşü zamanı deyib.
"Kuba pis vəziyyətdədir. Kuba neft və pul baxımından Venesuelaya güvənirdi, heç kim, əslində, bilmir ki, indi Kubanın başına nə gələcək. Onların işləri olduqca pis gedir", - deyə Tramp qeyd edib.
ABŞ prezidenti əlavə edib ki, Venesueladan fərqli olaraq, Kubanın öz nefti və ya digər enerji ehtiyatları yoxdur.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...