Tramp Ukraynadakı münaqişəyə son qoymağa və üçüncü dünya müharibəsinin qarşısını almağa söz verib

Tramp Ukraynadakı münaqişəyə son qoymağa və üçüncü dünya müharibəsinin qarşısını almağa söz verib
Dünya 154

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukraynadakı münaqişəyə son qoyacağına və üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.

BAKU.WS xəbər verir ki, Tramp bu yaxınlarda bu barədə Miçiqandakı seçicilərinə deyib:

"Mən Ukraynadakı münaqişəyə son qoyacağam. Hansı ki, əgər mən prezident olsaydım bu heç başlamazdı".

"Mən Yaxın Şərqdəki xaosu dayandıracağam və üçüncü dünya müharibəsinin qarşısını alacağam", - deyə Tramp əlavə edib.

Kampaniya tədbirləri zamanı Tramp Ağ Evə qayıdarsa, andiçmə mərasimindən əvvəl Ukrayna münaqişəsini həll edəcəyinə söz verib. Siyasətçi sülh planının təfərrüatlarını açıqlamaqdan imtina edib.

Son xəbərlər