Tramp Rusiyada həbsdə olan keçmiş dəniz piyadasının azad edildiyini təsdiqləyib
ABŞ Prezidenti Donald Tramp Rusiyada 2022-ci ildən həbsdə saxlanılan keçmiş dəniz piyadası Robert Gilmanın azad edilərək ABŞ-a yola salındığını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Trampın sözlərinə görə, 32 yaşlı Gilman avqustun 11-də Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına çatacaq.
ABŞ rəsmiləri onun səhhəti ilə bağlı müalicə alması üçün azad edilməsinə çağırış etmişdi.
Gilman Rusiyada xuliqanlıq və həbsxana əməkdaşlarına hücum ittihamları ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdi. Rusiya Prezidenti Vladimir Putinin onun əfv olunmasına razılıq verdiyi bildirilir.
Qeyd edək ki, Gilman Dövlət Departamentinə məxsus təyyarə ilə Rusiyadan ABŞ-yə aparılıb.
Oxşar xəbərlər
"Odisseya" Nolanın ən çox gəlir gətirən filmi oldu
Kristofer Nolanın "Odisseya" filmi dünya üzrə 1,1 milyard dollardan çox gəlir əldə edərək rejissorun karyerasında ən yüksək nəticə göstərən ekran işi olub. BAKU...