Tramp Qrenlandiya ilə bağlı bir neçə Avropa ölkəsinə tarif tətbiq edib
ABŞ Qrenlandiya ilə bağlı fikir ayrılıqlarına görə bir sıra Avropa ölkələri üçün gömrük rüsumlarını artırır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
"Biz uzun illər ərzində Danimarkanı və Avropa İttifaqının bütün ölkələrini onlardan tarif və ya hər hansı digər kompensasiya forması tələb etmədən subsidiyalaşdırmışıq. İndi Danimarkanın borcunu qaytarmaq vaxtıdır – söhbət dünya sülhündən gedir! Çin və Rusiya Qrenlandiyanı ələ keçirmək istəyir, Danimarka isə buna qarşı heç nə edə bilmir", - deyə o yazıb.
Trampın sözlərinə görə, Qrenlandiyanın suverenliyini yalnız onun rəhbərliyi altında olan ABŞ qoruya bilər. O həmçinin qeyd edib ki, Avropa dövlətlərinin adada artan hərbi fəallığı "təhlükəli oyun"dur və Vaşinqton üçün risk yaradır.
"Cari ilin 1 fevral tarixindən etibarən Vaşinqton Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyaya qarşı rüsumları 10 %-ə, 1 iyundan isə 25 %-ə qədər qaldıracaq. Bu rüsumlar Qrenlandiyanın qəti və tam satın alınması barədə razılıq əldə olunana qədər tətbiq ediləcək", - deyə Amerika lideri vurğulayıb.
Oxşar xəbərlər
İran etirazlar zamanı minlərlə insanın öldürüldüyünü təsdiqləyib
İranda baş verən kütləvi etiraz aksiyalarında minlərlə insan öldürülüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın ali dini lideri Əli Xamenei...