Tramp Putinlə görüşdən əvvəl mətbuatı sərt tənqid edib
ABŞ Prezidenti Donald Tramp onun Rusiya lideri Vladimir Putinlə Alyaskada gözlənilən görüşünü işıqlandıran kütləvi informasiya vasitələrini tənqid edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Birləşmiş Ştatlar prezidenti bu barədə "Truth" sosial şəbəkəsində yazıb.
O, jurnalistlərin qarşıdan gələn görüşlə bağlı irəli sürdükləri mümkün proqnozlarla qətiyyən razılaşmadığını bildirib.
"Mənim Putinlə görüşüm ərəfəsində mətbuat çox ədalətsiz fəaliyyət qurub. Davamlı olaraq işdən qovulmuş və Col Bolton kimi ağılsız şəxslərdən sitat gətirilir. Nədir axı bu? Saxta xəbərlər sürətlə yayılır", - deyə D.Tramp paylaşımında qeyd edib.
Oxşar xəbərlər
Tramp Konqresdən İrana qarşı hərbi əməliyyatların müddətini uzatmağı xahiş etməyəcək
ABŞ Prezidenti Donald Tramp bildirib ki, "Müharibə Səlahiyyətləri Qanunu"nda nəzərdə tutulmuş 60 günlük müddət bitdikdən sonra İrana qarşı hərbi əməliyyatları d...