Tramp ölkələr üçün rüsumlardan istisnalar tətbiq edə biləcəyini deyib
12
apr
2025
17:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Ştatlar bəzi ölkələr üçün cavab rüsumlarından istisnalar tətbiq edə bilər, lakin minimum 10 %-dən aşağı olmamaqla.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp cümə günü prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bəli, əlbəttə, bir neçə istisna ola bilər, lakin mən deyərdim ki, 10 % minimum həddir", – dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, "bir çox ölkə" ABŞ ilə ticarət sazişlərinin bağlanması üzrə məsləhətləşmələr aparmaq istəyir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...