Tramp Netanyahunu andiçmə gününə qədər Qəzzada münaqişəni dayandırmağa çağırıb
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunu andiçmə günü - 2025-ci il yanvarın 20-nə kimi Qəzza zolağında döyüşləri dayandırmağa çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Time" jurnalı məlumat yayıb.
Qeyd olunur ki, respublikaçı prezident seçki kampaniyası zamanı telefon danışıqları əsnasında İsrailin hökumət başçısını vəzifəyə başlayana kimi Qəzzada döyüş əməliyyatlarını dayandırmağa çağırıb.
"O, bilir ki, mən bu məsələnin bitməsini istəyirəm", - Tramp deyib.
Bununla belə, jurnal hesab edir ki, Trampın andiçmə gününə qədər Qəzzada hərbi əməliyyatların sona çatması mümkün deyil.
Oxşar xəbərlər
Hindistan Rusiyadan atom sualtı qayığını icarəyə götürəcək
Hindistan Rusiyadan 10 il müddətinə sualtı atom zərbə qayığını icarəyə götürəcək. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tərəflər arasında sövdələşmənin dəy...