Tramp neft və pula görə İranla müharibəni davam etdirmək istədiyini açıqlayıb
06
apr
2026
20:44
ABŞ Prezidenti Donald Tramp İran neftinə nəzarət etmək üçün bu ölkə ilə müharibənin davam etdirilməsində maraqlı olduğunu bildirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Ağ Evdəki Pasxa tədbirində bildirib.
"Əgər bu məndən asılı olsaydı, mən müharibəni davam etdirərdim. Nefti götürərdim, onu özümə saxlayardım və biz çoxlu pul qazanardıq", - o deyib.
Bununla yanaşı, Tramp vurğulayıb ki, ABŞ cəmiyyəti müharibənin başa çatmasının tərəfdarıdır və o, bunu nəzərə almaq niyyətindədir.
O, xalqı xoşbəxt etmək istədiyini söyləyib.
Oxşar xəbərlər
Tramp: Hazırkı İran liderləri daha ağıllıdır
ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərlərinin müharibə zamanı həlak olmuş əvvəlkilərə nisbətən daha az radikal olduqlarını bildirib. BAKU.WS "Report"a i...