Tramp NBC müxbiri ilə gərgin mübahisədən sonra müsahibəni yarımçıq dayandırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp NBC News telekanalının aparıcısı Kristen Uelker ilə keçirilən müsahibə zamanı gərgin anlar yaşayıb.
BAKU.WS xəbər verir ki, sualların seçki mövzusu ətrafında cəmlənməsi Trampın narazılığına səbəb olub. O, ABŞ-da seçki prosesinin ədalətli aparılmadığını iddia edərək, Demokrat Partiyasını və bəzi media qurumlarını tənqid edib.
Müsahibə zamanı tərəflər arasında fikir ayrılığı daha da kəskinləşib. Tramp aparıcını ona qarşı qərəzli davranmaqda ittiham edib və daha sonra müsahibəni yarımçıq dayandıraraq studiyanı tərk edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...