Tramp məşhur aktyorları özünün Hollivuda xüsusi elçiləri təyin edib
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp aktyorlar Con Voyt, Silvester Stallone və Mel Gibsonu Hollivuda xüsusi elçiləri təyin edib.
"Report" xəbər verir ki, Tramp bu barədə "Truth Social" şəbəkəsində yazıb.
"Onlar mənim xüsusi nümayəndələrim olaraq son 4 ildə biznesinin böyük hissəsini xarici ölkələrə itirmiş Hollivudun daha böyük, daha yaxşı və güclü olması üçün çalışacaqlar", - o bildirib.
Tramp bildirib ki, aktyorlar film və televiziya istehsalının mərkəzində onun gözləri və qulaqları olacaq.
ABŞ-ın yeni seçilmiş prezidenti həmçinin onun hakimiyyəti dövründə Hollivudun qızıl dövrünün qayıdacağına əminliyini ifadə edib.
Oxşar xəbərlər
Venesuela neftindən əldə olunan qazanc bu banklara yerləşdiriləcək
ABŞ Energetika Nazirliyi Venesuela neftinin dünya bazarında satış müddətinə hər hansı məhdudiyyət qoyulmadığını bəyan edib. BAKU.WS xəbər verir ki, bu barədə n...