Tramp martın 4-dən Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edəcək

Tramp martın 4-dən Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edəcək
Dünya 96

ABŞ Prezidenti Donald Tramp martın 4-dən etibarən Meksika və Kanadadan gətirilən mallara 25 % rüsum tətbiq etmək niyyətində olduğunu təsdiqləyib.

"Report" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Tramp həmin tarixdən etibarən Çindən gələn mallara da 10 % əlavə rüsumun tətbiq ediləcəyini vurğulayıb.

O, bu qərarı "Meksika və Kanadadan narkotik vasitələrin külli miqdarda daxil olmaqda davam etməsi" ilə əsaslandırıb.

"Bu narkotiklərin böyük hissəsi Çin tərəfindən istehsal olunur və tədarük edilir", - ABŞ Prezidenti yazıb.

Xatırladaq ki, Tramp fevralın əvvəlində Meksika və Kanadadan idxal edilən mallara 25 %, Çindən gətirilən mallara isə 10 % rüsumun tətbiq edilməsi haqqında fərman imzalayıb.

Oxşar xəbərlər

Paşinyan kilsəni ziyarət edərkən "Noldu, Paşinyan?" meyxanası səsləndirilib

Paşinyan kilsəni ziyarət edərkən "Noldu, Paşinyan?" meyxanası səsləndirilib

Ermənistanın Baş naziri Nikol Paşinyan Estoniyanın paytaxtı Tallində kilsə ziyarəti zamanı gözlənilməz hadisə ilə üzləşib. BAKU.WS xəbər verir ki, Paşinyanın d...

105 Dünya 13:00 25 yanvar 2026

Son xəbərlər