Tramp Maduronun varisinə 4 tələb irəli sürüb

Tramp Maduronun varisinə 4 tələb irəli sürüb
Dünya 193

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodriqesə Nikolas Maduronun qəbul etmədiyi dörd tələbi irəli sürüb.

BAKU.WS xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Rodriqesdən narkotik qaçaqmalçılığının qarşısının alınması üçün tədbirlər görməsi, həmçinin Vaşinqtona düşmən mövqedə olan "agentləri", o cümlədən İran və Kubadan olan şəxsləri Venesueladan çıxarması gözlənilir.

Həmçinin Rodriqesdən ABŞ-nin rəqiblərinə neft tədarükünü dayandırması və Venesuelada azad seçkilərin keçirilməsinə yardım göstərməsi tələb olunur. Nəhayət, Tramp administrasiyası Rodriqesin istefa verməsini də gözləyir.

Məqalədə qeyd olunur ki, bu tələblərin yerinə yetirilməsi üçün Rodriqesə konkret vaxt çərçivəsi qoyulmayıb. Lakin Tramp bundan əvvəl Venesuelada "ölkədə qayda-qanun yaradılmadan" yeni prezident seçkilərinin keçirilməsinin mümkün olmadığını bəyan etmişdi.

Qeyd edək ki, Delsi Rodriqes Nikolas Maduronun uzunmüddətli tərəfdarı və sosialist baxışların daşıyıcısıdır. Bununla belə, Vaşinqtonda onun ABŞ-nin tələblərini yerinə yetirəcəyinə əmindirlər.

Yanvarın 5-də Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ABŞ hərbçilərinin Maduronu ələ keçirməsindən sonra rəsmi olaraq müvəqqəti prezident vəzifəsinə başlayıb və Milli Assambleya qarşısında and içib.

Son xəbərlər