Tramp kanadalı şirkətlərə səsləndi: "ABŞ-yə köçün, tarif tətbiq olunmayacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp Kanada ilə ticarət əlaqələri olan şirkətlərə ölkəyə köçmək çağırışı edib. O, Kanadadan ABŞ-yə fəaliyyətini daşıyan şirkətlərə gömrük tariflərinin tətbiq edilməyəcəyini bildirib.
BAKU.WS xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
ABŞ lideri Kanada ilə ticarət aparan bütün şirkətləri fəaliyyətlərini ABŞ-yə köçürməyə çağırıb. O, bəzi şirkətlərin əvvəllər ABŞ-dən Kanadaya köçdüyünü iddia edib.
Tramp bildirib ki, həmin müəssisələr ABŞ-yə qayıtdıqları halda onlara gömrük rüsumu tətbiq edilməyəcək.
ABŞ Prezidenti eyni zamanda Kanadada yerləşən şirkətlərin ölkəsinə köçməyə başladığını irəli sürüb. Onun sözlərinə görə, ABŞ xüsusilə avtomobil sektorunda daxili istehsalı artırmaq niyyətindədir.
Trampın bu açıqlaması Vaşinqtonla Ottava arasında ticarət gərginliyinin davam etdiyi bir vaxta təsadüf edib.
Məlumata görə, ABŞ avqustun 22-dən etibarən Kanada mənşəli təxminən 27,6 milyard dollar dəyərində məhsula 50 faizlik əlavə tarif tətbiq etməyə başlayıb. Kanada da buna cavab olaraq ABŞ məhsullarına qarşı əks-tariflər elan edib.
ABŞ administrasiyası Kanadadan idxal olunan bəzi avtomobil məhsullarına da 50 faizlik əlavə gömrük rüsumu tətbiq edir.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...