Tramp İranla müharibəni yenidən başlatmaq barədə qərarını sabah açıqlayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
İranla razılaşma və ya hərbi əməliyyatların yenidən başlaması şansı 50-50-dir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Axios"a bildirib.
"Düşünürəm ki, iki şeydən biri baş verəcək: ya mən onlara əvvəlkindən daha çox zərbə endirəcəyəm, ya da yaxşı bir razılaşma əldə edəcəyik", - deyə o, bildirib.
Ağ Ev lideri eyni zamanda mayın 23-də danışıqlar qrupu ilə görüş keçirməyi və bazar günü İranla mümkün hərbi əməliyyatların bərpası ilə bağlı qərar qəbul etməyi planlaşdırır.
Tramp vitse-prezident Cey Di Vens , prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşnerin də görüşdə iştirak edəcəyini bildirib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...