Tramp: "İranın yeni lider axtarmasının vaxtıdır"
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneini devirməyə çağırıb və onu ölkənin tamamilə məhv edilməsində günahlandırıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ prezidenti bu barədə "Politico"ya danışıb.
"İranın yeni lider axtarmasının vaxtıdır", - deyən Tramp rejim dəyişikliyi tələb edən genişmiqyaslı etirazları vurğulayıb.
"Onun indiyə qədər verdiyi ən yaxşı qərar iki gün əvvəl 800 nəfərdən çox insanı asmamaq idi. Ölkənin lideri olaraq, o, dövlətin tamamilə məhv edilməsində və dünyanın heç vaxt görmədiyi miqyasda zorakılıqda təqsirkardır. Əsl liderlik qorxu və ölüm üzərində deyil, hörmət üzərində qurulur", - deyə Tramp bildirib.
"Bu adam xəstə bir insandır. O, ölkəsini düzgün idarə etməli və insanları öldürməyi dayandırmalıdır. Onun ölkəsi yarıtmaz rəhbərlik üzündən dünyada yaşamaq üçün ən pis yerdir", - ABŞ lideri əlavə edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...