Tramp İranın ABŞ bazalarına endirdiyi zərbələrlə bağlı təcili müşavirə çağırdı

ABŞ Prezidenti Donald Tramp, İranın İraq və Qətərdə yerləşən Amerika hərbi bazalarına raket hücumları səbəbilə Ağ Evdə yüksək səviyyəli təcili müşavirə keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.
Məlumata görə, İran Silahlı Qüvvələri, 22 iyun tarixində ölkənin nüvə obyektlərinə ABŞ tərəfindən endirilən zərbələrə cavab olaraq, "Qələbə haqqında xoş xəbər" adlı əməliyyatın başladığını elan edib.
Raket hücumlarının detalları:
Qətərdəki Əl-Udeyd aviabazası – ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) əsas qərargahının yerləşdiyi strateji obyektə 10 raket atılıb;
İraqdakı Ayn əl-Əsəd bazası – burada isə 1 raket zərbəsi qeydə alınıb.
Hazırda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və müttəfiqlər vəziyyəti qiymətləndirir. Hadisə regionda təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Raketlərin nəticələri, o cümlədən itkilər və dağıntılar barədə məlumatlar hələlik açıqlanmayıb, lakin təcili təhlükəsizlik tədbirləri görülməyə başlanıb.
İran rəsmiləri isə bəyan ediblər ki, bu, ölkənin suverenliyinə qarşı yönəlmiş təxribatlara cavab xarakteri daşıyır və növbəti mərhələdə daha sərt addımlar istisna olunmur. ABŞ və müttəfiqlərinin cavab tədbirləri isə yaxın saatlarda bəlli ola bilər.
Oxşar xəbərlər
İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılmasını təsdiqləyib
İran İslami Şura Məclisinin (birpalatalı parlament) müvafiq komitəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə t...
