Tramp: İranda yeni lider qrupu ortaya çıxıb, bu, faktiki rejim dəyişikliyidir

Tramp: İranda yeni lider qrupu ortaya çıxıb, bu, faktiki rejim dəyişikliyidir
Dünya 36

ABŞ Prezidenti Donald Trump İrana qarşı həyata keçirilən əməliyyatın uğurlu olduğunu bildirib.

BAKU.WS-in məlumatına görə, Ağ Evdə jurnalistlərə danışan Tramp qeyd edib ki, Vaşinqton faktiki olaraq hərbi əməliyyat aparır və bu proses gözlənilən nəticələri verir.

O, bildirib ki, mövcud vəziyyət İran daxilində ciddi dəyişikliklərə səbəb olub və bunu "rejim dəyişikliyi" kimi qiymətləndirib.

Prezident əlavə edib ki, ABŞ hazırda qarşı tərəfin növbəti addımlarını izləyir.

Trampın sözlərinə görə, Vaşinqton eyni zamanda İranla danışıqlar aparır. Bu prosesdə vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff iştirak edir.

O iddia edib ki, Tehran razılaşmaya gəlməkdə maraqlıdır və ABŞ tərəfi artıq müvafiq şəxslərlə təmas qurub.

ABŞ Prezidenti həmçinin qeyd edib ki, İran tərəfi Vaşinqtona neft və qaz sahəsi ilə bağlı böyük iqtisadi üstünlük verib.

Son xəbərlər