Tramp İranda vurulan F-15E təyyarəsinin ikinci pilotunun xilas edilməsini təsdiqləyib
05
apr
2026
09:54
ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15E tipli hərbi təyyarənin ikinci ekipaj üzvünün sağ şəkildə xilas edildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Ağ Ev rəhbəri ABŞ Silahlı Qüvvələrinin son saatlarda olduqca mürəkkəb və riskli axtarış-xilasetmə əməliyyatı həyata keçirdiyini qeyd edib.
O əlavə edib ki, ekipaj üzvünü taparaq təhlükəsiz şəkildə çıxarmaq mümkün olub.
Tramp bildirib ki, xilas edilən pilot müəyyən xəsarətlər alsa da, vəziyyəti stabildir və həkimlərin nəzarəti altında qısa müddətdə sağalacağı gözlənilir.
Oxşar xəbərlər
"Hizbullah" yenidən İsrail tanklarını vurub
Livanın "Hizbullah" hərəkatı İsrail hərbçilərinə qarşı yeni texnologiyadan istifadə edir. BAKU.WS xəbər verir ki, Livanın cənubunda fəaliyyət göstərən "Hizbulla...