Tramp İrana sərt xəbərdarlıq etdi: "Razılaşma olmasa, infrastrukturu məhv edəcəyik"
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə bu ölkənin strateji obyektlərinin hədəf alınacağını bəyan edib.
BAKU.WS-in məlumatına görə, Tramp bu barədə Truth Social hesabında paylaşım edib. O iddia edib ki, Tehran iki həftəlik atəşkəs razılaşmasını pozub.
ABŞ liderinin sözlərinə görə, İranın Hörmüz boğazında atəş açması razılaşmanın pozulması deməkdir: "Zərbələrin əksəriyyəti Fransa gəmisinə və Böyük Britaniyaya məxsus yük gəmisinə yönəlib".
Tramp qeyd edib ki, ABŞ nümayəndə heyəti danışıqlar üçün İslamabada yola düşüb və yaxın vaxtlarda görüşlərin keçirilməsi planlaşdırılır.
O həmçinin bildirib ki, İranın Hörmüz boğazını bağlamaq qərarı mənasızdır, çünki ərazi artıq ABŞ qüvvələrinin nəzarətindədir. Trampın iddiasına görə, bu vəziyyət nəticəsində İran gündəlik böyük maliyyə itkiləri ilə üzləşir.
ABŞ prezidenti əlavə edib ki, Vaşinqton Tehrana "ədalətli razılaşma" təklif edir və bundan imtina olunarsa, ciddi nəticələr qaçılmaz olacaq.
Oxşar xəbərlər
İran raket və dron ehtiyatlarını sürətlə bərpa edir
İran hərbçiləri raket və pilotsuz uçuş aparatlarının ehtiyatlarını operativ şəkildə artırır. Bu barədə "Report"un Tasnimagentliyinə istinadən məlumat yayılıb. B...