Tramp: "İrana qarşı sanksiyaları ləğv etməkdən məmnun olardım"
Yeniliklərdən dərhal xəbərdar olun
"Tehran razılığa gələrsə, İrana qarşı sanksiyaları ləğv etməkdən məmnun olacağam".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı deyib.
"Mən düşünürəm ki, İran razılığa gələcək. Onlar döyülüblər və köməyə ehtiyacları var. Bildiyiniz kimi, ağır sanksiyalar tətbiq olunub. Onlar danışıqlara hazır olduqda, sanksiyaları ləğv etməkdən məmnun olardım. Onlar bu sanksiyalarla yaşaya bilməzlər", - Tramp bəyan edib.
"Nə vaxtsa onlar deyəcəklər ki, biz sanksiyaların qaldırılmasını istəyirik. Onda biz sülh bağlayacağıq. Düşünürəm ki, İranla bağlı hər şey yaxşı olacaq", - ABŞ prezidenti əlavə edib.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...