Tramp: HƏMAS girovları tezliklə azad edəcək
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan israilli girovların tezliklə azad ediləcəyini bildirib.
"Report"un xarici KİV-ə istinadən xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bizim Yaxın Şərqdəki girovlarla bağlı razılaşmamız var. Onlar yaxın vaxtlarda azad olunacaqlar", - paylaşımda qeyd edilib.
Bundan əvvəl "Əl-Qahira Əl-İxbariya" telekanalı mənbələrə istinadən məlumat yayıb ki, Qəzza zolağında atəşkəs razılaşması əldə olunub.
Məlumata görə, razılaşma vasitəçilərin bir neçə saatlıq gərgin fəaliyyətindən sonra bağlanıb.
Oxşar xəbərlər
ABŞ Venesuelaya zərbə endirməyi planlaşdırmır
ABŞ Prezidenti Donald Tramp Venesuela ərazisinə zərbə endirməyi düşünmədiyini bildirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliy...