Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp təxminən 60 ölkədən olan mallara 10 %-dən 12,5 %-dək yeni rüsumlar tətbiq etməyə hazırlaşır.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Kommersant" "The Financial Times" (FT) nəşrinə istinadən məlumat yayıb.
ABŞ Prezidenti yeni tarifləri hazırkı rüsumların qüvvədə olma müddəti bu həftə başa çatdıqdan sonra tətbiq edə bilər.
Trampın məsləhətçiləri ABŞ-yə tarifləri olduğu kimi saxlamağa imkan verəcək sonrakı addımların bir neçə variantını hazırlayıblar.
ABŞ hakimiyyət orqanlarının bu ilin mart ayında başlatdığı məcburi əməyin tətbiqinə dair araşdırma yeni tariflər üçün hüquqi əsas ola bilər.
Bununla yanaşı, FT-nin əldə etdiyi məlumata görə, bəzi məsləhətçilər xəbərdarlıq edirlər ki, tariflərin tətbiqi ötənilki iqtisadi sarsıntıların təkrarlanmasına gətirib çıxara və aralıq seçkiləri ərəfəsində zərər vura bilər.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...