Tramp: ABŞ Venesuelada gizli silah tətbiq edib
ABŞ hərbçiləri Venesuelada əməliyyat zamanı gizli silah tətbiq edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "New York Post" qəzetinə müsahibəsində bildirib.
Ağ Ev rəhbəri bu silah haqqında danışmağa icazənin olmadığını deyib və onu "the discombobulator" (çaşdırıcı) adlandırıb. "Onlar raketləri havaya qaldıra bilmədilər. Rusiya və Çin raketləri var idi, amma havaya qalxmadı. Biz daxil olduq, onlar düymələri basdılar, amma heç nə işləmədi", - nəşr Trampdan sitat gətirib.
Daha əvvəl Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edən Tramp iddia edib ki, Amerika qüvvələri Venesuelada əməliyyat zamanı əvvəllər heç kimin eşitmədiyi silahları tətbiq ediblər.
Oxşar xəbərlər
Orban: "Ukrayna NATO ilə Rusiya arasında bufer zonası olmalıdır"
"Ukrayna NATO üzvü olmamalıdır. Bu ölkə alyansla Rusiya arasında bufer zonası olaraq qalmalıdır, çünki onun Rusiya sərhədlərinə yaxınlığı daimi hərbi münaqişə t...