Tramp: ABŞ Kiyevi dəstəkləyən NATO müttəfiqlərinə silah tədarükünü artıracaq
ABŞ administrasiyası hazırda Ukraynaya hərbi yardım göstərən Vaşinqtonun NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp Ağ Evdə hökumətin iclasında bildirib.
"Biz NATO-ya milyonlarla və milyonlarla, nəticədə milyardlarla dollarlıq raket və hərbi texnika satırıq. Bunu davam etdirəcəyik. Biz onlara mümkün qədər çox silah verməyə çalışırıq. Onlar Amerikanın hərbi məhsullarını istəyirlər", - o deyib.
"Zavodlar "Patriot" zenit-raket sistemləri və digər müdafiə və hücum silahlarının istehsalını iki və üç dəfə artırır", - Amerika lideri vurğulayıb.
Xatırladaq ki, iyulun 14-də Tramp Avropanın tədarükü maliyyə cəhətdən qarşılayacağı təqdirdə Vaşinqtonun Kiyevə silah və hərbi texnika verməyə davam etmək qərarına gəldiyini açıqlayıb. Bu prosesi isə NATO koordinasiya edəcək.
Oxşar xəbərlər
Melaniya Tramp və İlon Mask vətəndaşlıqlarını itirə bilərlər
ABŞ-nin respublikaçı senatoru Berni Moreno tərəfindən təklif edilən və ölkədəki ikili vətəndaşlığı qadağan edən qanun layihəsi bir sıra məşhur amerikalıları əha...