Tramp: ABŞ İrandan yeni təklif alıb

Tramp: ABŞ İrandan yeni təklif alıb
Dünya 19

ABŞ Prezidenti Donald Tramp İslamabaddakı görüşün uğursuzluğundan sonra İranın Vaşinqtona yeni təklif verdiyini açıqlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə Palm-Biçdən Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə bildirib.

Onun sözlərinə görə, İranın danışıqlarda Amerika tərəfinə təklifi daha yaxşı olmalı idi.

"Maraqlısı odur ki, mən (xüsusi nümayəndə Stiv Uitkov və Cared Kuşnerin Pakistana səfərini - red.) ləğv etdikdən dərhal sonra 10 dəqiqə ərzində yeni sənədlər aldıq və onlar daha yaxşıdır", - Tramp bildirib.

Tehranın uran zənginləşdirilməsinə mümkün moratorium barədə soruşulduqda, Tramp "onlar çox şey təklif etdilər, amma bu, kifayət deyil", - deyib. O, həmçinin təkrar edib ki, İran nüvə silahına sahib olmamalıdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər