Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib

Tokayev Trampın siyasətini dəstəklədiyini bildirib, onu Qazaxıstana səfərə dəvət edib
Dünya 14

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı onun yürütdüyü siyasəti dəstəklədiyini bildirib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Tokayev Trampı ABŞ-nin müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib və qeyd edib ki, ölkə nisbətən qısa tarixi dövr ərzində dünyanın aparıcı dövlətlərindən birinə çevrilib.

"Qazaxıstan Prezidenti qeyd edib ki, ABŞ administrasiyasının daxili siyasət kursunun əsasını təşkil edən sağlam düşüncəyə əsaslanan siyasət mahiyyət etibarilə ölkədə "Qanun və Qayda" prinsipi əsasında Ədalətli Qazaxıstanın qurulmasına yönəlmiş strategiya ilə üst-üstə düşür. Buna görə də o, Donald Trampın siyasətini dəstəkləyir", - məlumatda bildirilib.

Söhbət zamanı tərəflər həmçinin iqtisadi əməkdaşlıq və siyasi qarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Tokayev ötən ilin noyabrında Vaşinqtona səfəri zamanı əldə olunmuş razılaşmaların icrasının yüksək dinamikasını qeyd edib.

Bundan əlavə, Tokayev Qazaxıstanın nüvə silahının və zənginləşdirilmiş uranın yayılmasının yolverilməzliyi ilə bağlı dəyişməz mövqeyini təsdiqləyib, həmçinin beynəlxalq nəzarət rejiminin gücləndirilməsi üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) ilə əməkdaşlığın vacibliyini vurğulayıb.

Söhbətin sonunda Qazaxıstan Prezidenti Donald Trampı onun üçün münasib olan vaxtda ölkəyə səfər etməyə dəvət edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər