Tiflisdə etiraz aksiyalarında iştirak edən 25 əcnəbi Gürcüstandan deportasiya edilib
04
yan
2025
22:12
Gürcüstan Miqrasiya Departamenti 2024-cü ilin noyabr-dekabr aylarında paytaxt Tiflisdə hakimiyyət əleyhinə etiraz aksiyalarında iştirak edən 25 əcnəbini ölkədən deportasiya edib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qurumdan verilən məlumata görə, deportasiya proseduru çərçivəsində ölkədən çıxarılan əcnəbilərin bir qismi Gürcüstanı könüllü tərk edib, bəziləri isə məcburi şəkildə ölkədən çıxarılıb.
DİN-in məlumatına görə, 2024-cü ildə Gürcüstandan 430 əcnəbi deportasiya edilib.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...