Ticarət mərkəzindən külli miqdarda oğurluq edən şəxs 3 gün havalandırma sistemində gizləndi
Türkiyənin Adana şəhərində qeyri-adi oğurluq hadisəsi baş verib.
BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, naməlum şəxs Adanada havalandırma sistemindən ticarət mərkəzinə daxil olaraq zərgər dükanlarından birindən 3 kiloqram qızıl və 100 min lirə oğurluq edib.
Bildirilib ki, oğru havalandırma sistemindən qaçmaq istəyərkən yaxalanıb. Həmin şəxsin 3 gün ticarət mərkəzinin havalandırma şaxtasında gizləndiyi müəyyən edilib.
Məlumata görə, hadisə fevralın 2-nə keçən gecə Yüreğir rayonunda yerləşən ticarət mərkəzində baş verib. İddiaya görə, oğru ticarət mərkəzinə havalandırma şaxtasından girərək zərgərdən 3 kiloqram qızıl və 100 min lirə oğurlayaraq yoxa çıxıb. Həyəcan siqnalı çalan kimi Adana Təhlükəsizlik Müdirliyi Asayiş Şöbəsinə bağlı qruplar hərəkətə keçib. Axtarış zamanı oğrunu tapmaq mümkün olmayıb. Daha sonra havalandırmadan səs-küy eşidilib və ticarət mərkəzinə axtarış iti gətirilib. Ardınca oğru saxlanılıb.
Oxşar xəbərlər
Zelenskidən acı etiraf
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya ilə münaqişə zamanı itirdiyi əraziləri geri qaytara bilməyəcəyini etiraf edib. BAKU.WS xəbər verir ki, o,...