Tehrandakı "Evin" həbsxanasına zərbə: 71 nəfər həlak olub
29
iyn
2025
11:57
İsrailin hava zərbəsi nəticəsində Tehranda yerləşən "Evin" həbsxanasında azı 71 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə İranın məhkəmə və ədliyyə sisteminin nümayəndəsi Əsgər Cahangir məlumat verib. Onun sözlərinə görə, ölənlər arasında həbsxana əməkdaşları, hərbi qulluqçular, məhbuslar, onların ailə üzvləri və yaxınlıqda yaşayan sakinlər də var.
Qeyd edək ki, 23 iyun tarixində İsrail Hərbi Hava Qüvvələri İranla davam edən 12 günlük silahlı qarşıdurma çərçivəsində "Evin" həbsxasını hədəfə alıb.
Oxşar xəbərlər
İsrail İranın yeni ali liderinə BU TƏLƏBLƏ müraciət etdi
İsrailin xarici işlər naziri İranın yeni ali liderinə qarşı irəli sürdüyü tələbi ilə diqqət çəkib. BAKU.WS "lenta.ru"ya istinadən xəbər verir ki, İsrailin xari...