Tehranda SEPAH-ın qərargahı dağıdılıb
İranın paytaxtı Tehranda yerləşən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş qərargah binası İsrail və ABŞ Silahlı Qüvvələrinin endirdiyi zərbələr nəticəsində ciddi dağıntılara məruz qalıb.
BAKU.WS-in məlumatına görə, bu barədə Al Hadath telekanalı xəbər yayıb.
Bildirilir ki, hücum nəticəsində inzibati bina demək olar ki, tamamilə yararsız vəziyyətə düşüb.
Mənbə həmçinin qeyd edib ki, ABŞ-nin Bağdaddakı səfirliyi də hücuma məruz qalıb. Telekanalın iddiasına əsasən, zərbələrin əsas hədəfi diplomatik missiyanın ərazisində yerləşdirilən hava hücumundan müdafiə (HHM) sistemləri olub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başladıqlarını açıqlamışdılar. Buna cavab olaraq SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı müxtəlif obyektlərə qarşı genişmiqyaslı əməliyyata start verdiyini bəyan edib.
Oxşar xəbərlər
Bağdaddakı ABŞ səfirliyinə pilotsuz təyyarə hücum edib
İran Bağdaddakı ABŞ səfirliyinə pilotsuz təyyarə hücum edib. BAKU.WS xəbər verir ki, bu barədə "Al Hadath" TV məlumat yayıb. Bİldirilib ki, yerli təhlükəsizlik...