Tehranda hava hücumundan müdafiə sistemləri işə salındı
İranın paytaxtı Tehranda hava hücumundan müdafiə sistemləri aktivləşdirilib.
BAKU.WS xəbər verir ki,, şəhərin müxtəlif nöqtələrində ardıcıl partlayış səsləri eşidilib. Bildirilir ki, yerli vaxtla saat 23:30 radələrində hava hücumundan müdafiə sistemləri işə düşüb və bunun nəticəsində zəif partlayış səsləri yaranıb.
Hadisə zamanı hava məkanında aşkarlanan kiçik pilotsuz uçuş aparatları və bir kəşfiyyat təyyarəsi zərərsizləşdirilib.
İranın yarırəsmi Tasnim Xəbər Agentliyi isə hava hücumundan müdafiə sistemlərinin müşahidə pilotsuz aparatlarına və digər kiçik hava vasitələrinə qarşı işə salındığını açıqlayıb.
Hadisə ilə bağlı əlavə rəsmi məlumat hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
BƏƏ İran, Livan və İraqa səfərləri qadağan edib
Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının İran, Livan və İraqa səfərini qadağan edib. Məlumata görə, qərar regionda baş verən son hadisələr və təhlükəsizlik və...