Tehran prokuroru İrandakı etirazçıları edam cəzası ilə hədələdi
09
yan
2026
22:02
"İran hakimiyyəti dövlət əmlakına zərər vuran və ya təhlükəsizlik qüvvələri ilə toqquşmaya girən kütləvi etiraz aksiyaları iştirakçılarına qarşı maksimal dərəcədə sərt cəza tədbirləri tətbiq etmək niyyətindədir".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tehran prokuroru Əli Salehi bildirib.
Salehi vurğulayıb ki, əməlləri terrorizm və ya "dövlətə qarşı müharibə" kimi tövsif edilən şəxslər ölüm hökmünə məhkum edilə bilərlər.
Prokurorun sözlərinə görə, bu yanaşma radikal əhvali-ruhiyyəli aksiya iştirakçılarını çəkindirmək məqsədi daşıyır.
Oxşar xəbərlər
SEPAH Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olub
İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində "tam nəzarət"ə sahib olduğunu bildirib. BAKU.WS xəbər verir ki, bu barədə "The Times of Israel...