Təbriz zərbələr altında: Azı altı nəfər ölüb, xəsarət alanlar var
İranın şimal-qərbində yerləşən Təbriz şəhərinə ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində azı altı nəfər həlak olub, daha altı sakin yaralanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyaləti üzrə təcili xidmətlər idarəsinin rəhbəri bildirib.
"Bu gün səhər saatlarında ABŞ və İsrail qüvvələrinin Təbrizdə yaşayış binasına hücumu nəticəsində altı nəfər həlak olub, daha altı sakin yaralanıb", - deyə xəbərdə bildirilib.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Oxşar xəbərlər
İranın 600 milyardlıq təhdidi: Hörmüz boğazı dünya üçün niyə bu qədər əhəmiyyətlidir?
İran, ABŞ və İsrail arasında fevralın 28-dən başlayan müharibə dünya neft bazarına ciddi zərbə vurub. BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, İranın dünyanı...