Tbilisidə etirazçılar daş atmağa başlayıblar
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstanın paytaxtı Tbilisidə parlament qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları metal hasara zərbələr endirir və müxtəlif əşyalar atmağa başlayıblar.
Bu barədə TASS məlumat yayıb.
Etirazçılar daş, metal parçalar və taxta bayraq dirəkləri atmaqla yanaşı, boyanmış yumurtaları hasarın üzərindən aşıraraq atıblar. Polis hələlik bu davranışlara müdaxilə etməyib. Aksiya iştirakçıları parlament seçkilərinin nəticələrinə etirazlarını ifadə edirlər.
Bundan əvvəl, müxalifətin etiraz aksiyasına yaxın ərazidə hüquq-mühafizə orqanlarının xüsusi texnikası yerləşdirilib. Lakin polis heç bir tədbir görməyib.
Etiraz aksiyasının gedişatı və vəziyyətin nəzarət altına alınıb-alınmayacağı ilə bağlı əlavə məlumatlar gözlənilir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...