Tayland kralı ilk xarici səfərində təyyarəni özü idarə edib

Tayland kralı Maha Vaçiralonqkorn və kraliça Suthida ölkə xaricinə etdikləri ilk rəsmi səfərdə krallığa məxsus təyyarəni özləri idarə ediblər.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, pilot lisenziyasına sahib olan 72 yaşlı kral Vaçiralonqkorn və köməkçi pilot kreslosunda əyləşən kraliça Suthida 25-28 aprel tarixlərində baş tutan Butan səfəri zamanı Boeing 737-800 tipli kral təyyarəsi ilə təxminən 4 saatlıq uçuş həyata keçiriblər. Dünyanın ən çətin eniş zolaqlarından biri hesab olunan Paro Hava Limanına uğurla eniş edən Tayland kral cütlüyünü Butan kralı Ciqme Khesar Namgyel Vangçuk və kraliça Jetsun Pema qarşılayıb.
2016-cı ildən taxtda olan Tayland kralı üçün bu, kral olduqdan sonra ilk xarici səfər olub. Tayland krali cütlüyü Butanın paytaxtı Timbuda yerləşən Krallıq Sarayında rəsmi şəkildə qəbul edilib. Dörd gün davam edən səfər boyunca şəhər ətrafında ciddi təhlükəsizlik tədbirləri görülüb.
Tayland və Butan kimi Buddist ölkələrin kral ailələri səfər çərçivəsində XIII əsrdə inşa edilən Changangkha Lhakhang məbədində keçirilən dini mərasimdə də iştirak ediblər.
Ziyarətin sonunda Tayland kralı və kraliçası dönüş uçuşunu da özləri idarə edərək vətənə geri dönüblər.


Oxşar xəbərlər
Qadın dələduzlara inanaraq 2 milyonu balkondan atdı
Krımın Sevastopol şəhərində yaşayan qadın dələduzlara inanaraq onlara böyük miqdarda xarici valyuta verib. Bu barədə sosial şəbəkədə məlumat yayıb. Naməlum şəx...