Tarkanın anası dəfn edildi

Tarkanın anası dəfn edildi
Video
Dünya 2315

Məşhur müğənni Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi yekunlaşıb. 

BAKU.WS xəbər verir ki, sənətçinin anası dəfn olunmaq üçün Maltepe məzarlığına aparılıb. 

Anasının tabutunu cənazə maşınına qoyan Tarkan başqa bir avtombillə qəbirstanlığa yollanıb. O avtomobildə göz yaşlarına hakim ola bilməyib.

Xatırladaq ki, Neşe Tevetoğlu 68 yaşında idi. 

*** 14:33

Hazırda məşhur müğənni Tarkanın anası Neşe Tevetoğlunun vida mərasimi keçirilir. 

BAKU.WS xəbər verir ki, məclisdə Tarkanın ailə üzvləri, yaxınları və bəzi tanınmış sənət nümayəndələri iştirak edirlər. 

Tarkana bu kədərli günündə dəstək olanlardan biri də həyat yoldaşı Pınar Tevetoğludur. Cütlük yas mərasiminə birlikdə gəlib. 

Sənətçinin bacısı Handan Tevetoğlu anasının tabutu üstündə göz yaşlarına hakim ola bilməyib. Onun bu kədərli anları kameralar tərəfindən görüntülənib. 

Neşe Tevetoğlunun vida mərasimindən yayılan ilk görüntülərdə müğənni Zerrin Özer də yer alıb. O da Tarkana bu ağır günündə başsağlığı verməyə gələnlər arasındadır. 

Xatırladaq ki, Neşe Tevetoğlu ötən gün infarktdan dünyasənı dəyişib. O uzun müddət idi ki, xəstəxanada müalicə alırdı. Anasının vəfat xəbərini eşidən Tarkan Almaniyadan təcili olaraq İstanbula gəlib. 

Son xəbərlər