Tanınmış aktyor 75 yaşında vəfat etdi
Məşhur aktyor Keri-Hiroyuki Taqava 75 yaşında vəfat edib.
BAKU.WS xəbər verir ki, aktyor Santa-Barbarada insultdan sonra yaranan fəsadlar səbəbilə həyatını itirib.
Taqava Yaponiyada doğulsa da, uşaqlıq illərində anasının aktyorluq karyerası naminə ailəni tərk etməsi səbəbilə ABŞ-yə köçmüşdü. Kinoya qədər o, fotomüxbir, sürücü və pizza çatdırıcısı kimi işləyib. Onun kino debütü yalnız 36 yaşında baş tutub. O, müsahibələrində deyirdi ki, Hollivudda görünüşü səbəbindən əsasən cani və sehrbaz rollarına çəkilirdi, halbuki özü daha müxtəlif və dərin obrazlara can atırdı.
Taqava xüsusən "Mortal Kombat" franşizasındakı Şanq Tsunq rolu ilə dünya şöhrəti qazanıb. O, həmçinin "Son imperator", "Qeyşa xatirələri" və "Hündür qaladakı adam" kimi layihələrdə də yaddaqalan obrazlar yaradıb.
2015-ci ildə Taqava Rusiyanın "İerey-san" filmində çəkilib və Yapon Pravoslav Kilsəsinin, keçmişdə yakuza ilə əlaqəsi olan keşiş obrazını canlandırıb. Aktyor Taqava xaç suyuna çəkildikdən bir il sonra Rusiya vətəndaşlığı da almışdı.
Oxşar xəbərlər
Hangi ölkələrdə süni qidalardan daha çox istifadə olunur?
Son dövrlərin qlobal araşdırmaları göstərir ki, bəzi ölkələrdə gündəlik qida rasionunun böyük hissəsi süni və emal olunmuş məhsullardan ibarətdir. Bu, yalnız qi...