Tacikistanda güclü zəlzələ olub
Tacikistanın şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
BAKU.WS Tass-a istinadən xəbər verir ki, Potsdam Geologiya Araşdırmaları Mərkəzi yeraltı təkanların episentrinin Qırğızıstanla sərhəd yaxınlığında, 10 km dərinlikdə yerləşdiyini bildirib.
Agentliyin məlumatına görə, zəlzələ Tacikistanın paytaxtında hiss olunmayıb və maqnituda ilə bağlı rəsmi məlumat hələ daxil olmayıb.
Qeyd olunub ki, qonşu Özbəkistanda və Qırğızıstanda da baş verən zəlzələnin təkanları hiss olunub. Yeraltı təkanlar Daşkənd, Fərqanə, Əndican və Namanqan vilayətlərində 2-3 bal gücündə hiss edilib, lakin tələfat və dağıntılar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Danimarkada minlərlə insan ABŞ-nin Qrenlandiya siyasətinə qarşı aksiya keçirib
Danimarkada minlərlə etirazçı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək planlarına qarşı küçələrə çıxaraq etirazlarını bildirib. BAKU.WS "Report"...