"Survivor" iştirakçısının 15 yaşlı qızı 8-ci mərtəbədən yıxıldı

"Survivor 2019" iştirakçısı Okay Köksalın qızı Azra 8-ci mərtəbədən yıxılıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə aparıcı Hakan Hatipoğlu məlumat yayıb.
O bildirib ki, güləşçinin 15 yaşlı qızı hazırda reanimasiyadadır:
"Okay qardaşımızın qızı qəza nəticəsində 8-ci mərtəbədən yıxılıb və reanimasiyadadır. Bayaq onunla danışdım, sizin dualarınızı istəyir: "Bizim edə biləcəyimiz tək iş budur, qardaş" deyəndə, boğazım qurudu. Bunu oxuyan hər kəsdən bu gözəl balamız üçün dua etməyi xahiş edirəm.
Allah Köksal Ailəsinə kömək olsun. Ümid edirəm ki, bu hadisədən sağ-salamat qurtularlar. Allah köməyin olsun, qardaş".
Qalereya
Oxşar xəbərlər
ABŞ-də atom elektrik stansiyasının üzərində UNO görünüb
ABŞ-nin Minneapolisdə şəhərində polis əməkdaşları "Prairie Island" adlı atom elektrik stansiyasının üzərində altı parlaq halqadan ibarət naməlum hava hadisəsini...
