Suriyanın dövlət bayrağı dəyişdirildi
08
dek
2024
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Silahlı müxalifətin Suriyada 61 illik "Bəəs" rejimini 12 gündə devirməsindən sonra ölkədəki dəyişiklik dalğası dövlət bayrağından da yan keçməyib.
Oxu.Az xəbər verir ki, bu barədə haberler.com məlumat yayıb.
Məlumata görə, Suriya bayrağı Dəməşqdəki bayraq dirəyindən çıxarılıb və onun yerinə 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri müxalifətin istifadə etdiyi üç ulduzlu bayraq sancılıb.
Mərkəzində üç qırmızı ulduz olan bayraq yaşıl, ağ və qara rənglərdən ibarətdir. Bu bayraq ilk dəfə 1932-ci ildə qəbul edilib.
Oxşar xəbərlər
Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir
Vaşinqton administrasiyası Ukraynada lokal humanitar atəşkəslər üzərində işi davam etdirir. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin birin...