Suriyada yaşayış binasına aviazərbə nəticəsində 3 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
Suriya Müdafiə Nazirliyi İsrail hərbçilərinin paytaxt Dəməşqin Mezza məhəlləsində yerləşən yaşayış binasına havadan zərbə endirməsi ilə bağlı məlumatı təsdiqləyib.
"Report" xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda deyilir.
"Bu gün təxminən saat 17:25-də (Bakı vaxtı ilə saat 18:25-də - red.) İsrail işğal altındakı Qolan təpələrindən Dəməşqin Mezza rayonundakı yaşayış binalarından birinə hava hücumu həyata keçirib. Raket atəşi nəticəsində 3 mülki şəxs ölüb, daha 3 nəfər isə yaralanıb", - Müdafiə Nazirliyindən qeyd edilib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...