Suriya mediası Dəməşqə hücum zamanı 3 nəfərin öldüyünü bildirib

Suriya mediası Dəməşqə hücum zamanı 3 nəfərin öldüyünü bildirib
Dünya 12

İsrailin Dəməşqə hücumu nəticəsində jurnalist Səfa Əhməd də daxil olmaqla 3 nəfər həlak olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 9 nəfər xəsarət alıb.

Suriya hava hücumundan müdafiə qüvvələrinin nümayəndələrinin sözlərinə görə, atılan raketlərin əksəriyyəti məhv edilib, lakin bu, tələfat və dağıntıların qarşısını ala bilməyib. Zərərçəkən obyektlər arasında şəxsi mülkiyyətə ciddi ziyan vuran yaşayış binaları da olub.

Suriya dövlət televiziyası hücum zamanı vəzifə yerinə yetirərkən ölən tanınmış aparıcı Səfaa Əhmədin öldüyünü bildirib.

Xatırladaq ki, İsrail Dəməşqə raket zərbələri endirməyə başlayıb. Livanın cənubunda hərbi əməliyyatların başlaması ilə eyni vaxtda şəhərə hücum edilib. İsrail aviasiyası Suriya paytaxtına üç dəfə raket zərbələri endirib və Hədikət əl-Faransiya parkı yaxınlığındakı Mezze prospektində güclü yanğın baş verib.

Son xəbərlər