Süni intellektin əvəz edə bilməyəcəyi 5 peşə açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı ekspert ekspert Maksim Nedyakin gələcəkdə hansı peşələrin yox olacağını, hansılarının isə süni intellekt (Sİ) tərəfindən əvəz edilə bilməyəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, yaxın 3-5 ildə təkrar və qaydalara əsaslanan işlər - kassir, çağrı mərkəzi operatoru, bank əməkdaşları kimi peşələr Sİ-yə ötürüləcək.
Lakin insanın improvizasiya, empatiya və məsuliyyət tələb edən sahələrdə rolu əvəzolunmaz qalacaq. Ekspert bildirib ki, tibb bacıları və baxıcılar, təcili yardım briqadaları, xilasedicilər və yanğınsöndürənlər, aşpazlar (xüsusilə şeflər), həmçinin müəllim və tərbiyəçilər süni intellektlə tam əvəz olunması mümkün olmayan peşələrdir.
Nedyakin vurğulayıb ki, "maşınlar işin 99 faizini görə bilər, amma inam, empatiya və qeyri-müəyyən vəziyyətdə qərar vermək bacarığı yalnız insanda qalacaq".
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...