"Star Wars" filmlərindəki bu nadir silah 750 000 dollara satıldı

01
apr
2025
10:09
Dünyaya səs salan "Star Wars" filmlərindəki Chewbacca obrazının yaylı silahı hərracda baha qiymətə satılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən silah 1977-1983-cü illərdə çəkilən üç filmdə istifadə edilib.
Silahın 250-500 000 dollar arasında satılacağı güman edilsə də, ikonik əşya 750 000 dollardan baha qiymətə alıcı tapıb.
Luke Skywalker obrazının medalı isə hərracda 370 000 dollardan baha qiymətə satılıb.
Qeyd edək ki, ekran işində Chewbacca rolunu aktyor Piter Mayhyu canlandırır.
O "Star Wars" filmlərinin ikonik obrazı kimi tanınır.

Oxşar xəbərlər
Dikdaban ayaqqabıların qadın sağlamlığına zərəri nələrdir?
Vizual olaraq xoş və estetik görünsə də qadınların ən çox üstünlük verdiyi dikdaban ayaqqabılar sağlamlıq üçün olduqca təhlükəlidir. Bu cür ayaqqabılar qadınlar...