Son sutkada on minlərlə fələstinli Qəzzadan təxliyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Son sutka ərzində on minlərlə fələstinli Qəzza şəhərindən təxliyə edilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (İMQ) məlumat yayıb.
Bildirilib ki, hesablamalara görə, son həftələrdə şəhəri tərk edənlərin ümumi sayı təxminən 280,000 nəfərə çatıb.
Qeyd edək ki, İMQ-nin Qəzzaya genişmiqyaslı hücuma hazırlaşmasından əvvəl burada təxminən 1 milyon fələstinlinin yaşadığı təxmin edilirdi.
Mülki şəxslərə Qəzza zolağının cənubunda İsrail tərəfindən müəyyən olunmuş humanitar zonaya doğru hərəkət etmələri göstərişi verilib.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...