Somalidən olan 20-dən çox qaçqın Komor adalarına gedərkən okeanda ölüb

23
noy
2024
23:53
Somalidən olan 22 qaçqın iki qayıqla öz ölkələrindən Hind okeanındakı Komor adalarına getmək istəyərkən həlak olub.
"Report" xəbər verir ki, bu barədə Madaqaskarın rəsmi telekanalı TVM məlumat yayıb.
Məlumata görə, cəmi 70 nəfərdən ibarət iki qaçqın qrupu noyabrın 2-də Somalidən Komor adalarına iki qayıqla yola düşüb, mühərrik sıradan çıxdığından dalğa onları Madaqaskarın şimal-qərb sahillərində yerləşən Nosy adasına aparıb.
Meyiti tapılan 22 nəfərin istidən və susuzluqdan öldüyü bildirilir. Sağ qalanlara tibbi yardım göstərilir.

Oxşar xəbərlər
Türkiyənin bu şəhərində zəlzələ oldu
Türkiyənin Qərbində 4,5 bal gücündə zəlzələ olub. BAKU.WS xəbər verir ki, hadisə Kütahya şəhərində qeydə alınıb. Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə H...