Şolts Zelenskiyə Putinlə telefon danışığının təfərrüatını açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbəti zamanı Rusiya prezidenti Vladimir Putinlə apardığı danışığın təfərrüatlarını bölüşüb.
Bu barədə Zelenskinin Teleqram kanalında məlumat yayılıb.
"Almaniya kansleri Putinlə zənginin təfərrüatları barədə məlumat verdi",- deyə Zelenski bildirib.
O, Şoltsa Ukraynaya dəstəyi davam etdirməyə hazır olduğu üçün təşəkkür edib. Həmçinin tərəflər Kiyevi gücləndirmək üçün ikitərəfli addımlar və müttəfiqlərin atacağı tədbirləri müzakirə ediblər.
Xatırladaq ki, 15 noyabr tarixində Putin və Şolts iki ilə yaxın fasilədən sonra ilk dəfə telefon danışığı aparmışdılar. Danışıqlar zamanı Şolts Ukrayna ilə "ədalətli və uzunmüddətli sülh" naminə müzakirələrə başlamağa çağırmışdı. Putin isə Rusiya tərəfinin danışıqlardan heç vaxt imtina etmədiyini vurğulamış və münaqişənin əsas səbəblərinin aradan qaldırılmasının vacibliyini qeyd etmişdi.
Oxşar xəbərlər
Əndəlüs rəhbərliyi dəmiryol qəzasından sonra üçgünlük matəm elan edib
İspaniyanın Əndəlüs muxtar regionunun rəhbərliyi onlarla insanın həyatına son qoyan dəmiryol qəzası ilə əlaqədar üçgünlük matəm elan edib. BAKU.WS "Report"a ist...