Soçidə Xerota çayı maşınları və ağacları yuyub apardı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Soçi şəhərində Xerota çayı öz məcrasından çıxaraq ərazilərə yayılıb.
Bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.
Daşqın əsasən Dacnaya və Petrozavodskaya küçələrində, eləcə də Matsesta qəsəbəsində qeydə alınıb.
Şəhərin bəzi hissələrində elektrik təchizatında problemlər müşahidə olunub. Adler rayonunun əsas küçəsi olan Lenina küçəsi də daxil olmaqla, bir neçə küçədə hərəkət çətinləşib.
Kudepsta mikrorayonunda daşqın bir neçə park edilmiş avtomobili yuyub aparıb. Hadisə şahidləri bu anları videoya çəkiblər.
Bundan əlavə Soçinin əsas avtomagistralının bir hissəsi müvəqqəti bağlanıb. Həmçinin bildirilib ki, tezliklə Şərqi Dağomıs çayı da öz məcrasından çıxa bilər. Şəhərin dağlıq ərazilərində güclü qar yağması ilə əlaqədar fırtına xəbərdarlığı elan edilib.
Oxşar xəbərlər
Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar
Çində gənclər arasında qeyri-adi hobbi populyarlaşıb. Belə ki, onlar ev heyvanı əvəzinə üzərində mamır yetişən kərpiclər saxlayırlar. BAKU.WS xəbər verir ki, b...