Sinqapurda süni intellekt səbəbindən 4 min nəfər işsiz qalacaq

Sinqapurda fəaliyyət göstərən "DBS Bank" 3 il ərzində 4 min işçini işdən çıxaracağını və süni intellektdən istifadəni artıracağını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Cənub-Şərqi Asiyanın ən böyük bankı "DBS Group Holdings Ltd." süni intellekt texnologiyalarının əvvəllər insanlar tərəfindən yerinə yetirilən vəzifələri getdikcə daha yaxşı icra etdiyini əsas gətirərək bu addımı atır.
Yerli mətbuatda yayılan xəbərlərə görə, "DBS Bank"ın İdarə Heyətinin sədri Piyuş Qupta Hindistanın Mumbay şəhərində keçirilən konfransda süni intellektin bank sektoruna təsiri ilə bağlı qiymətləndirmələr edib.
"Süni intellektin insanların gördüyü işlərin çoxunu daha yaxşı icra edir. Mənim hazırkı təxminlərim budur ki, önümüzdəki üç il ərzində işçi qüvvəmizi təxminən 4000 nəfər və ya 10 faiz azaldacaq", - deyə bank rəsmisi bildirib.

Oxşar xəbərlər
Ukraynada savaşın görünməyən qəhrəmanı: "18 mindən çox cəsədi DNT metodu ilə araşdırmışam"
"DNT bazası üzrə Ali Radada qəbul olunan qanun layihəsini mən hazırlayıb göndərmişəm. 2022-ci ildə müharibə başlayandan sonra bizim işimiz daha da artdı, məsuli...